Argentinada qasırğa nəticəsində 13 nəfər ölüb.

Leqal.info “Reuters“-ə istinadən xəbər verir ki, qasırğa Atlantik okean sahilində yerləşən Baiya-Blanka şəhərində dağıntı və tələfata səbəb olub.

Qasırğanın mərkəzində küləyin sürəti saatda 150 km-ə çatıb.

Hakimiyyət orqanları əhaliyə səhər saatlarına qədər evlərindən çıxmamağı tövsiyə edib.

Leqal.info