Rusiyanın hakim Vahid Rusiya Partiyasının XXI qurultayı keçirilib.

Leqal.info xəbər verir ki, qurultayda prezident Vladimir Putin də iştirak edib.

Vahid Rusiya Partiyasının qurultayı prezident seçkilərində Putinin namizədliyini yekdilliklə dəstəkləyib.

Qurultayda çıxış edən Vahid Rusiya Partiyasının sədri Dmitri Medevdev Putinin Rusiya Federasiyasında keçirilən prezident seçkilərində qalib gəlməsi üçün hər şeyi edəcəyini söyləyib: "Bu gün bizim bu çox çətin dövrdə Rusiyaya kimin rəhbərlik etməli olduğuna dair zərrə qədər də şübhəmiz yoxdur. Bu, arxasında tarixi həqiqəti, ədaləti və çoxluğun dəstəyini daşıyan şəxsdir".

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn martın 17-də keçiriləcək. Rusiyalı seçicilər martın 15-dən başlayaraq üç gün ərzində seçkilərdə səs verə biləcəklər.

Leqal.info