Husilər Yəmən sahillərində ABŞ-a məxsus, Marşal adalarının bayrağı altında üzən yük gəmisini vurub.

Leqal.info “Al-Jazeera”ya istinadən xəbər verir ki, raket zərbəsi gəminin anbarında yanğına səbəb olsa da, yük gəmisinin yararlı olaraq qaldığı qeyd olunub.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Husilərə yaxın hərbi mənbə “Al-Jazeera”ya bildirib ki, gəmi ona yönəlmiş xəbərdarlıqları rədd etdikdən sonra hədəf alınıb.

Leqal.info