Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, 13-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avtobusdakı məktəblilər Pskov şəhərinə gedirmişlər. Qəza zamanı avtobusun salonunda ümumilikdə 18 uşaq və onları müşayiət edən 3 böyüklə yanaşı, sürücü olub. Sürücünün yük maşını ilə toqquşmadan yayınmağa çalışmasına baxmayaraq avtobus xəndəyə düşüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Leqal.info