İsrail təyyarələrinin Qəzza zolağının mərkəzində yaşayış məntəqələrinə hücumu nəticəsində 7 fələstinli həlak olub.

Leqal.info Livanın “Al Mayadeen” telekanalına istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Fələstin anklavının mərkəzi hissəsində yerləşən Deyr əl-Bələh şəhərinin yaşayış məntəqələrinə silsilə zərbələr endirib.

Hücum nəticəsində üçü uşaq olmaqla 7 nəfər həlak olub.

Leqal.info