Ukraynada daha iki gürcü döyüşçü həlak olub.

Leqal.info xəbər verir ki, məlumatı "Gürcü Legionu" yayıb.

Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar.

Gürcüstan KİV-nin məlumatına əsasən, Ukraynada müharibə başlayandan bəri 61 gürcü döyüşçü həlak olub.

Leqal.info