Nikaraqua sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri 136 min nəfər əhalisi olan Çinendeqa şəhərindən 67,5 km qərbdə, 52 km dərinlikdə yerləşib.

Hadisə ilə bağlı tələfat və dağıntılar barədə hər hansı məlumat daxil olmayıb.

Leqal.info