Özbəkistanda 5,4 maqnitudalı zəlzələ olub.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinq Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Tacikistanda, 15 km dərinlikdə yerləşib. Zəlzələ Daşkənddə və Özbəkistanın bir sıra digər bölgələrində hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Leqal.info