Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Leqal.info xəbər verir ki, Rusiya İstintaq Komitəsi “Crocus City Hall”da terror aktı nəticəsində ölənlərin sayının 115 nəfərə çatdığını açıqlayıb.
Bildirilib ki, dağıntıları təmizləyərkən fövqəladə hallar xidmətləri daha çox meyit aşkarlayıb.

Leqal.info