Peruda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Leqal.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri 310 min insanın yaşadığı Pukalpa şəhərindən 44 km şimal-qərbdə, 151 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Leqal.info