2023-cü ilin oktyabr ayının əvvəlindən İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 33,2 min fələstinli həlak olub.

Leqal.info xəbər verir ki, Fələstin anklavının Səhiyyə Nazirliyi bu məlumatı rəsmi Telegram kanalında dərc edib.

"İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı hazırda 33 175 nəfərə çatıb, daha 75 886 nəfər yaralanıb", - Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir. Departamentin məlumatına əsasən, təkcə son 24 saat ərzində Qəzzada 38 nəfər ölüb, 71 nəfər yaralanıb.

Leqal.info