Ukrayna hərbi kəşfiyyatı Kalininqradda Rusiyanın “Serpuxov” raketdaşıyan gəmisinə qarşı əməliyyat keçirib.

Leqal.info xəbər verir ki, bu barədə “Kyiv Post”a Ukrayna kəşfiyyatındakı anonim rəsmi bildirib. Məlumata əsasən, gəmidə yanğın baş verib və ağır zədə alıb. Qeyd olunub ki, əməliyyat aprelin 7-də hərbi gəmi Baltiysk Dəniz Bazasında olduğu zaman həyata keçirilib.

Ukrayna kəşfiyyatından gəminin təmirinin uzun çəkəcəyi bildirilib.

Ukrayna Hərbi Kəşfyyatının məlumatına əsasən, yanğın nəticəsində gəminin kommunikasiya və avtomatlaşdırma sistemləri məhv olub.

Leqal.info