Aprelin 11-də gecə Rusiya Ordusunun kütləvi raket zərbələri nəticəsində Kiyev vilayətində “Tripol” İstilik Elektrik Stansiyası tamamilə dağıdılıb.

Leqal.info Unian-a istinadən xəbər verir ki, bunu Mərkəzi Energetika şirkətinin Müşahidə Şurasının sədri Andrey Qota bildirib.

Andrey Qota qeyd edib ki, gecə növbədə olan işçilər arasında tələfat yoxdur, raket zərbələri nəticəsində turbin sexində yanğın baş verib. Hazırda yanğının söndürülməsi üçün iş aparılır.

Qeyd edək ki, “Tripol” Kiyev vilayətində ən güclü elektrik stansiyasıdır.

Leqal.info