Leqal.info “Al-Jazeera”ya istinadən xəbər verir ki, “Hizbullah”ın Əl-Hiyam şəhərindəki bazası da onların hədəfində olub.
Bildirilib ki, bu addım “Hizbullah”ın iki kamikadze-dronla İsrail ilə sərhədə hücumuna cavab xarakteri daşıyır.
Hadisə şahidləri silsilə partlayışların eşidildiyi barədə məlumat verib.
Qeyd edək ki, “Hizbullah”ın bir qədər əvvəl sərhəddəki Kiryat-Şimona şəhəri ərazisinə PUA-larla hücumu nəticəsində bir nəfər ölüb, ikisi isə yaralanıb.
Sözügedən terror təşkilatı özlərinə məxsus teleqram kanalları vasitəsilə hücumun baş verdiyini təsdiqləyib. Bildirilib ki, atılan raketlərin hər biri hədəfi zərərsizləşdirib.
Leqal.info