İsrail Suriyanın Küneytrə bölgəsində avtomobilə havadan zərbə endirib.

Leqal.info “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

“Kan” radiosunun xəbərinə əsasən, Suriya mediası iki nəfərdən birinin “hərbçi” olduğunu bildirsə də, bunun Suriya ordusunun, yoxsa “Hizbullah”ın üzvü olduğu hələlik məlum deyil.

Leqal.info