Rusiya paytaxtında avtomobil partladılıb.

Leqal.info xəbər verir ki, hadisə paytaxtın Profsoyuznaya küçəsində qeydə alınıb.

Avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Nəticədə biri altı yaşlı uşaq olmaqla 3 nəfər yaralanıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsində faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (iki və ya daha çox şəxsi öldürməyə cəhd) ilə cinayət işi açılıb.

Yaralılar Moskvanın tibb müəssisələrinə çatdırılıb və onlara ixtisaslı yardım göstərilir.

Leqal.info