Livanda avtomobil partladılıb, 2 nəfər ölüb.

Leqal.info xəbər verir ki, bu barədə “Al Jazeera English” xəbər kanalı məlumat yayıb.

Məlumata görə, Livanın Tir şəhəri yaxınlığında partladılan avtomobildə iki nəfər olub, hər ikisi hadisə yerində həlak olub. Partlayış zamanı yaxınlıqdan keçən digər avtomobilin sürücüsü xəsarət alıb.

Hazırda hadisə yerində xilasetmə və araşdırma işləri aparılır. Partlayış nəticəsində ölənlərin sayının artacağı ehtimal edilir.

Hadisənin baş vermə səbəblərindən biri kimi avtomobildə quraşdırılmış partlayıcı qurğu göstərilib, digər versiya kimi maşının İsrail PUA-sı ilə vurulması ehtimalı irəli sürülüb.

Leqal.info