Rusiyanın “Aeroflot” şirkətinə məxsus olan və Fərqanə şəhərindən Moskvaya istiqamətlənən təyyarə Daşkənd havalimanına təcili eniş edib.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə “Uzbekistan Airports” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Nəticədə 1954-cü il təvəllüdlü qadın insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Leqal.info