Leqal.info “unian“a istinadən xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Sergey Krivoşeenko məlumat verib.
Onun sözlərinə əsasən, günorta saatlarında sənaye müəssisələrindən birinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Administrasiya rəhbəri yaralılardan ikisinin ağır vəziyyətdə olduğunu açıqlayıb.
Əraziyə xilasetmə və tibb xidmətlərinin əməkdaşları cəlb olunub.
Leqal.info