Başqırdıstan ərazisində yerləşən “Avangard” zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Leqal.info xəbər verir ki, bu barədə region rəhbəri Radiy Xabirov məlumat verib.

Xabirov həmçinin qeyd edib ki, iki yaralının vəziyyəti ağır, digərlərinin isə orta-ağırdır.

Partlayış baş verən müəssisə sənaye partlayıcı maddələr və kiçik tonnajlı kimya məhsulları istehsal edir.

Leqal.info