Leqal.info xəbər verir ki, bunu Ukraynanın FHN məlumat verib.
29 yaralı arasında yeddi uşaq da var. Ən böyük dağıntılar Desnyanski rayonunda qeydə alınıb: dron doqquzmərtəbəli yaşayış binasına dəyib və böyük yanğına səbəb olub.
Xilasedicilər yuxarı mərtəbələrdən 13 sakini təxliyə ediblər.
Həmin rayonda pilotsuz aparatın qalıqları 16 mərtəbəli binaya da ziyan vurub — birinci mərtəbədən doqquzuncu mərtəbəyədək pəncərələr sınıb. Obolon rayonunda isə dron yaşayış binasına düşüb, ancaq yanğın baş verməyib.
Leqal.info