Leqal.info xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, zərbə nəticəsində bir neçə yanğın baş verib. O cümlədən dördmərtəbəli yaşayış binasında dağıntı baş verib. Dağıntılar altından beş nəfər çıxarılıb.
Ümumilikdə 8 nəfərin xəsarət aldığı bildirilib.
Vurğulanıb ki, qəza-xilasetmə işləri davam edir, hadisə yerində xidmətin psixoloqları zərərçəkənlərə yardım göstərirlər.
Leqal.info