Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram”da bildirib.
Onun sözlərin əsasən, Rusiyanın hədəfi “yenə də enerji obyektləri” olub.
“Rusiya bu gecə Ukraynanın mülki əhalisinə qarşı 70-dən çox raket və 450 zərbə dronundan istifadə edib”, - Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin qeyd edib ki, hava hücumundan müdafiə sistemləri üçün raketlərin vaxtında çatdırılması prioritetdir: "Rusiyaya təzyiq edilmədən bu müharibənin sonu olmayacaq. İndi Moskva terror və eskalasiyanı seçir və buna görə maksimum təzyiq lazımdır”.
Leqal.info