Leqal.info xəbər verir ki, Əraqçi Kallasla ABŞ-ın İrandakı bəzi hədəflərə hücumlarından sonra regionda yaranmış son vəziyyəti müzakirə edib.
Əraqçi ABŞ-ın son hücumunu kəskin şəkildə pisləyib, bunu BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.
O qeyd edib ki, bu addımlar atəşkəsi təsirsiz edir və bunun doğuracağı təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir.
Əraqçi BMT-yə üzv ölkələrin bu addımlar qarşısında susmasını tənqid edib. O xəbərdarlıq edib ki, beynəlxalq səviyyədə passivlik regional və qlobal təhlükəsizliyin daha da pisləşməsinə səbəb olacaq.
Leqal.info