ABŞ aviasiyasına, o cümlədən sərnişin təyyarələrinə İranın hava məkanına daxil olmaq qadağan edilib.

Trend-in məlumatına görə, bunu İranın hava hücumundan müdafiə bazasının komandanı, general Əmir Fərzad İsmaili bəyan edib.

O deyib ki, İran ikili standartlar nümayiş etdirə bilməz. “Biz bəyan edirik ki, ABŞ özündənrazı dövlətdir, ona görə də biz ABŞ aviasiyasına, o cümlədən sərnişin daşımaları üçün İran hava məkanına daxil olmasına icazə verə bilmərik. Çünki İran ABŞ hökumətinin siyasətinə qarşıdır”.

Leqal.info