Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyası sabiq xarici işlər naziri Qriqol Vaşadzenin Kutaisi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.

APA-nın yerli bürosunun məlumatına əsasən, partiya Q. Vaşadze ilə bir ay ərzində məsləhətləşmələr aparıb.

Qeyd edək ki, Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək. Seçkilərdə Gürcüstan vətəndaşları Tbilisi meri, 11 şəhər və rayonun başçılarını seçəcəklər. Paralel olaraq yerli idarəetmə orqanlarının məşvərətçi orqanları olan sakrebulolara da seçkilər keçiriləcək.

Qriqol Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub.

Leqal.info