İraqın keçmiş prezidenti, Kürdüstan Vətənpərvərlər İttifaqının lideri Cəlal Təlabani vəfat edib.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, C. Təlabani müalicə olunduğu Berlində dünyasını dəyişib.

1933-cü il təvəllüdlü C. Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub. Onun səhhəti 2012-ci ilin dekabrında pisləşib. Almaniyaya aparılan siyasətçi orada 579 gün müalicə olunduqdan sonra 2014-cü ilin iyulunda İraqa dönüb. Son günlər səhhəti krtik həddə çatan C. Təlabani komaya düşmüşdü.

VİDEO