Türkiyə və Rusiyanın xarici işlər nazirləri Suriya məsələsini müzakirə edib. Leqal.info Modern.az-a istinadən xəbər verir ki, nazirlər arasında telefon danışığı bu gün baş tutub.

Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında şənbə günü telefon söhbəti olub.

Tərəflər 29-30 yanvar tarixlərində Soçidə keçirilməsi gözlənilən Suriya milli dialoq konqresini müzakirə ediblər. Konqresdə Suriyadakı siyasi qüvvələrin bütün spektrını əhatə edən 1500-ə yaxın nümayəndənin iştirakı gözlənilir.