Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının başçısı Vladimir Putinə Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

Bu barədə Trend türk KİV-lərinə istinadən xəbər verir.

Son məlumatlara əsasən, Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 64 nəfər həlak olub. Onların arasında çoxlu sayda uşaq var.