Trend-in verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar zamanı Ermənistanda yaranmış mövcud vəziyyətin müzakirə edildiyi bildirilir.
"Ermənistandakı cari vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen sarkisyan daxili böhranın tezliklə aradan qaldırılması məqsədi ilə ölkədəki bütün siyasi qüvvələri tərəfindən təmkin və məsuliyyət nümayiş etdirilməsinin vacibliyini vurğulayıb", - deyə məlumatda bildirilir.