İranın cənubunda güclü zəlzələ baş verib.

Leqal.info Milli.Az-a istinadən xəbər verir ki, yeraltı təkanlar 5.5 bal gücündə olub.

Bildirilir ki, zəlzələ Bam vilayətindən 126 kilometr aralıda, saat 06:23 radələrində qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 10 kilometr olub.

Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.