Ukrayna hakimiyyətində əsaslandırılmış şübhələr var ki, zəbt edilmiş Krımda nüvə silahı və ya ən azından onun istifadəsi üçün infrastruktur ola bilər.

Leqal.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda “ATR” telekanalının efirində Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib.

O bildirib ki, bununla əlaqədar olaraq, rəhbərlik etdiyi idarə Krımın Rusiyanın hərbi bazasına çevrilməsinə görə BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etməyi planlaşdırır.

“Hazırda Krım Rusiyanın böyük hərbi bazasına çevrilib. Beləliklə, işğal edilmiş Krımın hərbiləşdirilməsi üzrə ayrı qətnamənin hazırlanması ideyası var”, - nazir söyləyib.

Klimkin qeyd edib, Rusiya yarımadanın ərazisindən Suriyaya hərbi texnikanın çatdırılmasını həyata keçirir.