İsrailin baş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bu barədə Netanyahu özü məlumat yayıb. Görüşdə tərəflər Rusiyanın “S-300” raket komplekslərinin Suriyaya göndərilməsi məsələsini müzakirə edəcəklər. Netanyahu görüşün dəqiq vaxtını açıqlamayıb.