Sankt-Peterburqda səhər saatlarında "Lenta" hipermarketində başlayan yanğının söndürülməsinə təxminən 200 nəfər cəlb olunub.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, 1 nəfərin xəsarət aldığı bildirilib.

Yanğın başlayandan dərhal sonra məlumata görə, hipermarketdən 800 nəfər təxliyə edilib. Yanğın ticarət zalında başlayıb.