Böyük Britaniya hökuməti Venesuelaya qarşı sanksiya tətbiqinin imkanlarını araşdırır.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin sözçüsü məlumat verib.

“Maduro rejimi ortadan qaldırılmalıdır, hökumət bunun üçün sanksiyalar da daxil olmaqla müxtəlif variantları araşdırır”, - o qeyd edib.

Bu günlərdə Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant Venesuelanın müvəqqəti prezidenti kimi müxalifət lideri Xuan Quaydonu tanıdıqlarını, Britaniya qanunları baxımından Nikolas Maduronun qanuni dövlət başçısı sayılmadığını bildirmişdi.

Qeyd edək ki, artıq Almaniya, Hollandiya, Avstriya, İsveç Venesuelanın qanuni dövlət başçısı kimi Xuan Quaydonu tanıdıqlarını açıqlayıblar.

Xatırladaq ki, Xuan Quaydo yanvarın 23-də paytaxt Karakasda keçirilən mitinq zamanı özünü müvəqqəti dövlət başçısı elan etmişdi.