Ermənistanın eks-prezidenti Serj Sarqsyan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı təkrar dindirilib.

Leqal.info xəbər verir ki, bu barədə "Report" Ermənistanın "Armtimes.com" nəşrinə istinadən məlumat verib.

"Dindirilmənin, təxminən, dörd saat davam etdiyinə aydınlıq gətirməyi bacardıq. Sarqsyan bu iş üzrə şahid qismində çıxış edir. Xüsusi İstintaq Xidmətindən bu məlumata da (keçən dəfə olduğu kimi - red.) şərh verilməyib", - deyə nəşr yazıb.

Daha əvvəl Sarqsyanın fevralın 1-də bu iş üzrə 5 saat müddətində dindirildiyi bildirilib.