"Aeroflot" aviaşirkətinin təyyarəsi hidravlikasında yaranan nasazlıqlara görə Moskvanın Şeremetyevo hava limanında məcburi eniş edib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, "Sukhoi Superjet 100" təyyarəsi Moskvadan Praqa şəhərinə uçurdu.

Təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 53 sərnişin olub. Xəsarət alan olmayıb.