Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə R.T.Ərdoğan iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüş zamanı bildirib.
“Biz cənab Putin və cənab Ruhani ilə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəldik. Prezidentlərlə gələn görüşümüzü qarşıdakı aylarda Türkiyədə keçirmək istədiyimiz barədə fikirlərimizi bölüşdük”, - Türkiyə Prezidenti qeyd edib.