“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə münaqişə zəminində baş verib.
Bildirilir ki, kişilər ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
1994 və 1998-ci il təvəllüdlü qızlar polis tərəfindən saxlanılıb. Onların hər ikisinin əvvəllər sağlamlığa ağır zərər yetirmə səbəbindən məhkum olunduğu məlum olub.
Qızlar və kişilər arasında fikir ayrılığının səbəbləri hələ ki, məlum deyil.