Estoniyada keçirilən seçkilərin yekununda beş partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb. Müxalifətçi sağ liberal İslahat Partiyası mandatların üçdə birini əldə edib.

Leqal.info “Report”a istinadən xəbər verir ki, bu barədə Estoniya Seçki Komissiyasına istinadən RİA "Novosti" məlumat yayıb.

İlkin məlumatlara görə, İslahat Partiyası 28,8% səs toplayıb və parlamentdə mövcud 101 yerdən 34-nü qazanıb.

Mərkəz Partiyası 23% (26 yer), Mühafizəkar Xalq Partiyası 17,8% (19 yer), "Isamaa" Partiyası 11,4% (12 yer), Sosial Demokrat Partiyası 9,8% (10 yer) səs toplayıb.

Estoniyada parlament seçkiləri martın 3-də keçirilib.