Əfqanıstanda 2 ABŞ hərbi qulluqçusu həlak olub.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bu barədə NATO-nun "Qətiyyətli dəstək" missiyasından bildiriblər.

Qeyd olunub ki, amerikalı hərbi qulluqçular Əfqanıstanda martın 22-də keçirilən əməliyyat zamanı öldürülüblər.

Onların adları açıqlanmır. Təfərrüatlar barədə məlumat verilmir.