Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib ki, Milli Polis prezidentliyə namizəd Yuliya Timoşenko və Vladimir Zelenski istisna olmaqla bütün namizədlərin mühafizəsini dayandırıb.

Leqal.info "Report"a istinadən xəbər verir ki, bu barədə "Ukranews" agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, dövlət mühafizəsi səslərin hesablanmasının sonuna qədər təkcə Vladimir Zelenski ilə qalacaq. O, bu qərarın səbəblərini açıqlamayıb.

Qeyd edək ki, Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 95 faizi hesablanıb. Səsvermənin nəticələrinə əsasən prezidentliyə namizəd Vladimir Zelenski liderliyini qoruyub saxlayıb.