Ukraynanın Macarıstandakı səfiri Lyubov Nepol ölkənin xarici işlər nazirliyinə çağırılıb. Leqal.info "Report"a istinadən xəbər verir ki, bu barərə məlumatı "Agerpres" nəşri yayıb.

Bunan səbəb kimi Rumıniya Demokratik Venqerlər birliyinin rəhbəri Hunor Kelemenin Ukraynaya buraxılmaması olub.

Belə ki, H. Kelemen səbəbi izah edilmədən Ukrayna-Macarıstan sərhədində saxlanılıb və 2020-ci ilə qədər ölkəyə gəlməsinə qadağa qoyulması barədə məlumatlandırılıb. XİN-dən səfirə bu cür addımın qəbuledilməz olduğu bildirilib.