Leqal.info “Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müxalif Vahid Mili Hərəkat Partiyasının Zuqdidi rayon rəhbərliyinə namizədi olan, sabiq prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs bildirib.
O deyib ki, B.İvanişvilinin rejimini devirdikdən sonra ölkədə seçkilər barədə danışmaq mümkün olacaq: “Biz qətiyyətlə mövqeyimizi müdafiə edəcəyik. Hər bir şəhərə, kəndə, küçəyə baş çəkəcəyik və insanları əmin edəcəyik ki, biz bir-birimizi güclü edə bilərik. İvanişvilinin rejiminə etiraz dalğası ilə qalib gəlməliyik”.
Qeyd edək ki, ötən gün Zuqdidiə keçirilən seçkilərdə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Giorgi Şengelia səslərin 54,18%, S.Rulofs isə 46,88%-ni əldə edib.