"Leqal.info" xəbər verir ki, bu barədə "RİA Novosti" İran rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Bu gün bizə mətanət lazımdır, düşmənlər dərk etməlidir ki, bizim ürəklərimizdə ümidsizliyə yer yoxdur", - deyə o qeyd edib.
Ruhani vurğulayıb ki, hətta əgər İran ərazisinə atəş açsalar, respublika sakinləri öz hədəflərinin - müstəqilliyin və böyüklüyün ardınca getməyə davam edəcəklər.
Daha əvvəl İran prezidenti bildirib ki, ABŞ Dövlət Departamenti rəsmən səkkiz dəfə Tehrana danışıqlara başlamaqla bağlı müraciət edib.