Qrupun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib ki, Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədov 23.08.2019-cu il tarixində DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, daha sonra Tovuz RPŞ-yə müraciət edərək RPŞ-nin Qovlar Şəhər Polis Bölməsinin sahə rəisi, polis mayoru Paşa Rzayevin onunla kobud davranmasını bildirib. Müraciət ilə əlaqədar RPŞ-də müvafiq araşdırmalar aparılıb. Polis mayoru P. Rzayevin V. Əhmədovla yersiz mübahisəsi, ona qarşı etik-davranış qaydalarından kənar ifadələr işlətməsi öz təsdiqini tapmasa da, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmasına görə barəsində intizam tənbehi görülüb.
“Bundan başqa Vaqif Əhmədov Tovuz RPŞ-yə dəvət olunaraq araşdırmanın nəticəsi barədə ona məlumat verilib. Vətəndaş isə öz növbəsində müraciətinə operativ və obyektiv baxıldığına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirib”, - deyə E. Qasımov qeyd edib.