Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.
O bildirib ki, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır:
“Biz beynəlxalq hüquqa uyğun və ərazi bütövlüyü əsasında həll yolu tapmalıyıq. Türkiyə tezliklə ATƏT-in Əməkdaşlıq və Təhlükəsizlik Forumunun sədri olacaq və biz bütün üzv dövlətlərlə və təşkilatlarla əməkdaşlığa ümid edirik. Səmərəli fəaliyyət göstərən ATƏT bizim bu narahat zamanda daha yaxşı hiss etməyimizə kömək edəcək”.