"Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ xərclənməyib. Çünki dövlətin ehtiyatı xərcləri ödəməyə yetərlidir. Növbəti həftə bununla bağlı İctimai Nəzarət Şurasının iclası olacaq".

Leqal.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şura xərclərin hansı istiqamətə yönəlməsinə nəzarət edəcək.