"Orucun məqsədi sağlamlıqdır, çox yeyib mədədə fəsad yaratmaq və ya az yeyib virusa, xəstəliyə qarşı müqavimətsiz qalmaq deyildir".

Leqal.info xəbər verir ki, bunu Türkiyədən olan qidalanma və dietologiya mütəxəssisi, dosent İsmail Özkaya deyib. Mütəxəssis oruc zamanı həzm sisiteminin dincəldiyini və immunitetin möhkəmləndiyini bildirib. Onun sözlərinə görə, oruc zamanı immunitetin zəifləməsinə dair heç bir dəlil yoxdur. Əksinə, orucun immuniteti möhkəmləndirməsi haqda elmi araşdırmalar olduğunu deyən alim oruc tutan şəxsin sümük iliyinin buna uyğunlaşdığını, qan yaranmasının artdığını vurğulayıb. Onun sözlərinə görə, oruz zamanı orqanizm zərərli maddələrdən təmizlənir. Ürək-damar, xərçəng kimi xəstəliklərə qarşı müqavimət artır. Oruc sayəsində həzm sistemi dincəlir, immun sistemi isə güclənir. (Qaynarinfo)