Bakıdakı avtobuslarda şəffaf arakəsmələrin quraşdırılması müzakirə olunur.

Leqal.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Qurum rəhbərinin sözlərinə görə, bu gündən etibarən daşıyıcı şirkətlərə, eləcə də taksilərə şəffaf arakəsmələrin quraşdırılması ilə bağlı tələb qoyulub.

"Hazırda bu sahədə qanunvericiliyə dəyişiklərlə bağlı layihə hazırlanır", - deyə V. Kərimli bildirib. (Qafqazinfo.az)